Elan № 44960
- Təşkilat məqsədləri ilə uyğunlaşan hərtərəfli keyfiyyətə nəzarət strategiyalarının hazırlanması
- Avadanlıq və cihazların inventarlaşması,satin almaq üçün şirkətlərlə danişiqların aparılması və ya online sifariş
- Keyfiyyət standartları prosedurlarının yaradılması və profilaktik texniki baxışın təşkili
- Laboratoriya, texniki dəstək, anesteziya reanimasiya və digər şöbələrin istifadəsində olan tibbi və qeyri - tibbi cihaz və avadanlıqların istismarına, təmirinə nəzarət
- Texniki təhlükəsizlik qaydalarının izahı və təlimlərin keçirilməsi
- Bütün məhsullar/xidmətlər üzrə ardıcıllığı və yüksək standartları təmin etmək üçün keyfiyyətə nəzarət tədbirlərinin həyata keçirilməsi
- Məhsulun sertifikatlaşdırılması və standartlaşdırılması proseslərinin təşkili və nəzarətin edilməsi
- Tibbi avadanlıqların və müəssisədə olan digər avadanlıqların, yoxlama və sınaqlara nəzarət edilməsi
- Sıradan çıxmış ehtiyyat hissələrinin əvəzinə yenisinin sifarişi
- Prosesləri optimallaşdırmaq və məhsul/xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün davamlı təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsi
- Keyfiyyət haqqında məlumatların təhlili və rəhbərliyə hesabatların hazırlanması
- Müəssisəyə daxil olan texniki məsələr üzrə məktubların cavablandırılması, avadanlıqlar üzrə texniki passportların hazırlanması dövlət strukturlarından hazır alınması
İş şərtləri:
- 6 günlük iş həftəsi
- Əmək haqqı başlanğıc 1000 azn
- Müvafiq sahə üzrə ali təhsil (keyfiyyət idarəetmə, mühəndislik, biznesin idarə edilməsi və s.).
- Keyfiyyətə nəzarət sahəsində, və tibbi cihazlarla iş həmçininj texniki sənədlərlə iş üzrə təcrübə ən azı 2 il təcrübə
- Keyfiyyətə nəzarət metodları, alətləri və standartları haqqında biliklər
- Liderlik, ünsiyyət bacarıqları
- Məlumata əsaslanan qərarlar qəbul etmək bacarığı ilə analitik düşüncə
- Keyfiyyət idarəetmə sertifikatları (məsələn, ISO Standartları) rus dili biliyi üstünlükdür
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin