Elan № 45243
Vəzifə öhdəlikləri:
- Layihənin planlaşdırılması, icrası və icrasına nəzarəti təmin etmək
- Layihənin qüsursuz icrası üçün daxili resursları və üçüncü tərəfləri / kontraktorları düzgün koordinasiya etmək
- Layihə üzrə risk və digər məsələlərin müəyyən edilməsi, araşdırılması və həll olunmasına nəzarəti həyata keçirmək
- Layihə üzrə kommunikasiya və koordinasiyanı təşkil etmək, hesabatlığın aidiyyəti üzrə təqdim edilməsini təmin etmək
- Proqram və layihə idarəetməsi standartları üzrə maarifləndirmə məqsədilə layihə komandası ilə mütəmadi görüşlərin və təlimlərin təşkili
- Layihənin tələb olunan keyfiyyətdə və vaxtda, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək
- Texniki tapşırıqların yazılmasında iştirak
- Layihənin nəticələrini planlama dövrü ilə üzləşdirmək və uyğunluğunu qiymətləndirmək
- Beynəlxalq təcrübənin öyrənilməsi, layihə standartları, prosedurları və metodoloji sənədlərin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasını təklif etmək
Qazanacaqlarınız:
- Yaradıcı heyətlə çalışma
- Gənc kollektivlə işləmə imkanı
İş rejimi:
- Ofis daxili
- Həftənin 5 iş günü (flextime)
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək
- İş yeri: Caspian Sport Plaza (Koroğlu metrosunun yaxınlığı)
- Proqramlaşdırma sahəsi üzrə baza biliklər
- Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya, rus və ya ingilis dillərindən ən azı birinin yaxşı səviyyədə bilməsi arzuolunandır
- MS Office proqramlarından tam istifadə etmə qabiliyyəti
- Layihə üçün əməkdaşlıq alətləri (məsələn: Trello, Jira, Redmine)
- Analitik və strateji düşüncə, həmçinin güclü araşdırma qabiliyyəti
- Stressə dözümlülük
- Vaxtın düzgün idarə edilməsi bacarıqları
- Komandanın idarə edilməsi bacarıqları
- Produktivlik
- Punktuallıq
- Vəzifə təlimatına müvafiq olaraq nəticəyönümlü fəaliyyətin təşkili
- İş qrafiki ilə bərabər olaraq keyfiyyətə yönəlik fəaliyyət təşkil etmək
- Beynəlxalq modelləri araşdırıb layihənin tələbinə cavab verən elementləri tətbiq etmək
- Layihələrin idarəedilməsi sahəsi üzrə təcrübənin olmağı mütləqdir
Yalnız müvafiq tələblərə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan və tələblərə uyğun olan namizədlərdən
CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “IT Project Manager” qeyd etmələri xahiş olunur
Mövzu hissəsində bildirilən müvafiq qeyd olmayan CV-lərə baxılmayacaqdır
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin