Elan № 44923
Vəzifə öhdəlikləri:
- Verilənlər bazalarına aid olan bütün problem və nasazlıqların aradan qaldırılması
- Məlumat bazalarının dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə nəzarət edilməsi
- Verilənlər bazalarının audit olunmasını təmin etmək
- Verilənlər bazaları üzrə performansın idarə edilməsi və daim optimizasiya işlərinin görülməsi;
- Yeni qurulmuş və mövcud bazalar üzrə ehtiyat nüsxələmə strategiyasının hazırlanması və problem yaranan zaman ehtiyat nüsxələrdən bazanın bərpa edilməsi
- Performansın tənzimlənməsi, təhlükəsizliyin idarə edilməsi, ETL prosesi
- Server level, Database level, T-SQL query level performance tuning-in edilməsi
- Ona həvalə olunmuş İT infrastrukturunun və ya onun elementinin səmərəliliyin artırılması üçün yeni üsullar və həllər axtarmaq və inkişaf etdirmək
- Vəzifələrin daha yaxşı yerinə yetirməsinin təşkili üçün İT Departamentinin bitişik bölmələrinin əməkdaşları ilə əlaqə saxlamaq
İş şəraiti:
- İş qrafiki: 08:30-dan - 17:30-dək
- Əmək haqqı: namizədin bilik və bacarığına əsasən təyin olunur
- Təhsil: ali təhsil (İT sahəsində olması üstünlükdür
- Yaş: 28-40
- Dil biliyi: ingilis dil biliyi mütləqdir(texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar)
- Təcrübə: korporativ seqmentdə verilənlər bazası və sistem üzrə inzibatçı vəzifəsində 3 ildən artıq iş təcrübəsi
- Microsoft Windows server OS və MS SQL ilə bağlı bilik və təcrübə mütləqdir
- Verilənlər bazasının miqrasiyası və verilənlərin replikasiyası üzrə iş təcrübəsi
- Veb serverlərləri ilə (IIS, Apache, NginX) iş təcrübəsi
- Şəbəkə bilikləri – OSI layer, IP Subnetting
- Virtual şəbəkələrin qurulması prinsiplərinin anlaşılması və monitorinq sistemləri ilə işləmək bacarığı
- İnformasiya təhlükəsizliyinin prinsiplərini və əsaslarını bilmək
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Database administratoru” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur
Əlavə suallar üçün ikinci (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin