Объявление № 53999
Vəzifə və öhdəliklər:
- Rəhbərliyin, işçi heyətin və subpodratçıların şirkətin SƏTƏM siyasətindən,qaydalarından xəbərdarlığının təmini üçün təlim və inkişaf proqramlarının təşkili və həyata keçirilməsi;
- OHSAS 18001 standartlarının tələblərinin yerinə yetirilməsinin təmini;
- SƏTƏM qaydaları ilə əlaqədar qanunvericilik və standartların tələblərini təşkil etmək, tətbiqinə nəzarət etmək;
- Bütün işçilərin, podratçıların və qonaqların SƏTƏM qaydaları ilə tanış edilməsi;
- SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqlərində və müvafiq hesabatın hazırlanmasında iştirak etmək, görüləcək tədbirlərin nəticələrinin izlənilməsi;
- Zavodda SƏTƏM fəaliyyətinin aylıq monitorinqi, qiymətləndirilməsi və icmalını təşkil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
İstehsalatda və tikintidə baş verən bədbəxt hadisələrin araşdırılması, əlaqədar sənədlərin hazırlanması və əlaqəli dövlət qurumları ilə əməkdaşlıq; qəza ehtimalı/risk/müşahidə hesabatları;
- Baş vermiş hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabatın hazırlanması və qəbul edilmiş qərarların icrasının izlənməsi;
- İşə icazə sisteminin tətbiqinin təmin olunması, nəzarəti və izlənməsi;
- Fövqəladə hallar zamanı müvafiq prosedur, təlimatların tələblərinin yerinə yetirilməsini təmin etmək. Fövqəladə hallar ilə əlaqədar təlim təşkil etmək;
- Gündəlik yoxlamalarına aparılmasına nəzarət;
- Yanğın Təhlükəsizliyi ilə əlaqədar tələblərin yerinə yetirilməsini təmin etmək, Yanğın təhlükəsizliyi avadanlıq və alətlərin mütəmadi yoxlanılması;
- Risklərin müəyyən edilməsi və nəzarət məqsədilə işə icazə sisteminin icrasının və risklərin qiymətləndirilməsinin təmin edilməsi;
- Yanğından mühafizə tədbirlərinin təşkili, yanğından mühafizə sistemlərinin işlək vəziyyətinin təmini;
- Fövqəladə hallar planının tərtibi, icrası və fövqaladə hallar komandasının işinə nəzarət;
- Zavodun fəaliyyəti nəticəsində meydana çıxan atmosfer tullantılarının Azərbaycanın ekoloji norma və standartlarına uyğun izlənilməsi;
- Şöbənin işçi seçimi və illik təlim planının hazırlanması.
- İş şəraiti: nahar, xüsusi geyim şirkət tərəfindən qarşılanır.
- İş saatı: 08:00-dan 17:00-dək
- İstirahətgünləri: Bazar günü
- Qeyd: Sahil qəsəbəsi, Lökbatan, Sənqəçal, Ümüd, Qobustan , Ələt qəsəbə sakinlərinə üstünlük verilir.
- Əməyin mühafizəsi və ya buna bənzər sahədən ali bakalavr təhsili;
- Əlaqəli sahə üzrə ən azı 1-3 il iş təcrübəsi;
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma;
- Davamlı inkişaf;
- Bütövlük;
- Əməyin Mühafizəsi ilə əlaqədar Yerli qanunvericiliyin tələbləri;
- İSO 45001; İSO 9001; standartlarının tələblər;
- Ətraf Mühit və Ekologiya ilə əlaqədar qaydalar;
- Sanitariya və Gigiyena qaydaları.
Yuxarıda qeyd etdiyim gözləntimizə uyğun namizədlərdən mövzu yerində “Sətəm departamentinin rəhbəri” qeyd edərək CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
С услугой Премиум ваше объявление будет отображаться на самых популярных позициях сайта и привлечет максимальное число пользователей.
Перейти к оплатеПоднимается в поиске и отображается на первых позициях, что позволяет пользователям быстрее найти ваше объявление.
Перейти к оплатеДля редактирования вакансии введите шестизначныый код объявления, который вы получили на почту при публикации
Для закрытия вакансии введите шестизначныый код объявления, который вы получили на почту при публикации