Объявление № 53680
- Müşayiətedici sənədlərə uyğun olaraq anbarlardan yükləri qəbul edir. Qablaşdırmanın bütövlüyünü, faktura üzrə daşınacaq malların çeşid və miqdarını yoxlayaraq anbardan təhvil alır;
- Nəqliyyatın sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət edir;
- Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında pərakəndə və topdansatış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasını təmin edir;
- Gətirilmiş yükü təhvil verir, qəbul-təhvil sənədlərini rəsmiləşdirir. Lazım olduqda çatışmazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak edir.
- Bilməlidir: yükləmə-boşaltma işlərinin təşkilini; yükün qəbulu və təhvili qaydasını; pərakəndə və topdan satış məntəqələrinin ünvanını; ekspeditor yüklərinin nəqli zamanı mühafizə şərtlərini; yüklərin daşınma marşrutlarını; yüklərin qəbulu və yola salınma sənədlərinin forması və onların rəsmiləşdirmə qaydasını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi 1
- İş qrafiki: 5 günlük iş qrafiki, saat 09:00-dan 18:00-dək
- İşə qəbul, AR Əmək Məcəlləsi əsasında
- Əmək haqqı + aylıq bonuslar tərtib edilir.
- Azərbaycan dilini yüksək səviyyədə bilməlidir.
- Yaş aralığı: 40 yaşa gədər.
- İntizamlı və məsuliyyətli.
- Komanda ilə işləmək bacarığı.
Vakansiyaya müraciət üçün CV-nizi “Yük daşıyan, dağıdıcı ” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
С услугой Премиум ваше объявление будет отображаться на самых популярных позициях сайта и привлечет максимальное число пользователей.
Перейти к оплатеПоднимается в поиске и отображается на первых позициях, что позволяет пользователям быстрее найти ваше объявление.
Перейти к оплатеДля редактирования вакансии введите шестизначныый код объявления, который вы получили на почту при публикации
Для закрытия вакансии введите шестизначныый код объявления, который вы получили на почту при публикации