Объявление № 53182
Vəzifə öhdəlikləri:
- Kameralar, işıqlandırma və instinktlərindən istifadə edərək doğru anları tutmaq.
- Sosial media platformaları üçün kreativ reels məzmunu hazırlamaq.
- Trendləri izləyərək viral videolar yaratmaq.
- Marketinq komandası ilə sıx əməkdaşlıq edərək kontent strategiyasını təkmilləşdirmək.
- Brendimizin unikallığını əks etdirən video materiallar hazırlamaq.
Bizim təklifimiz:
- Rəqabətli əmək haqqı (1000 + azn ).
- Sağlamlıq sığortası.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat.
- Dinamik və yaradıcı bir komandada işləmək imkanı.
- Fikirlərini həyata keçirmək üçün müasir alətlər.
- Sərbəst ifadə və yaradıcı yanaşma yüksək dəyərləndirilən bir iş mühiti.
- Standartlardan kənar düşüncəni qiymətləndirən bir komanda.
Əgər qısa, yadda qalan videolar çəkməyi bacarırsansa, montajı düşünərək işləyirsənsə, trendləri izləyirsənsə və hər zaman yaradıcı həllər axtaran bir komandada işləmək istəyirsənsə, onda səni axtarırıq!
Sizdən gözləntilərimiz:
- Reels və ya oxşar video məzmun yaratmaqda təcrübə.
- Güclü estetik və üslub anlayışı (yalnız filtr seçməklə məhdudlaşmayan).
- Trendləri izləmək həvəsi
- Yaradıcı düşüncə tərzi – diqqət çəkmək üçün super gücün.
- Instagram və digər sosial platformaların incəliklərini bilmək.
- Reels, TikTok, YouTube Shorts üçün kontent hazırlamaq təcrübəsi və bu platformaların xüsusiyyətlərini anlamaq.
- Yeni ideyalar axtarmaqdan çəkinməmək, təcrübələr aparmağa açıq olmaq.
Müraciət üçün:
CV-nizi hr@iticket.az elektron poçtuna “Reels Maker” başlığı ilə göndərməyinizi xahiş edirik.
Komandamızın bir parçası olun və iTicket.az ilə birlikdə rəqəmsal dünyada fərq yaradın!
С услугой Премиум ваше объявление будет отображаться на самых популярных позициях сайта и привлечет максимальное число пользователей.
Перейти к оплатеПоднимается в поиске и отображается на первых позициях, что позволяет пользователям быстрее найти ваше объявление.
Перейти к оплатеДля редактирования вакансии введите шестизначныый код объявления, который вы получили на почту при публикации
Для закрытия вакансии введите шестизначныый код объявления, который вы получили на почту при публикации