Объявление № 51130
"Azəri Med QSC" - Azərbaycanın ən sürətlə inkişaf edən aparıcı tibbi tədarükçülərindən biridir. Son 15 il ərzində dünyanın 40-dan çox ölkəsində səhiyyə şirkətləri ilə əməkdaşlıq edirik və 250-dən artıq saya malik Apteklər Şəbəkəmiz uğurla fəaliyyət göstərir. Biz xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və digər məhsullarla təmin edirik. Fəaliyyətimizin mərkəzində insan sağlamlığı dayandığı üçün, böyük məsuliyyət tələb edir və biz peşəkar kadrlarımızın köməyi ilə nəinki Bakıda, həm də Azərbaycanın müxtəlif regionlarında bunun öhdəsindən məharətlə gəlirik. Azəri Med QSC-nin sadə və aydın məqsədi var: insanlara daha yaxşı sağlamlıq yolunda dəstəkçi olmaq!
Biz peşəkar komandamız üçün "Əczaçı" axtarırıq!
Əgər bu sahədə bilikləriniz və təcrübəniz varsa, namizədliyinizi məmnuniyyətlə dəyərləndirəcəyik.
Vəzifə öhdəlikləri:
- Müştərilərə məhsul seçimində köməklik göstərmək
- Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək
- Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək
- Sifarişi dəqiq və vaxtında yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: Növbəli
- Əmək haqqı: 400-600 AZN. Bonus sistemi mövcuddur.
- Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas)
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür
- Kompüter bilikləri: MS ofis proqramlarını (Word, Excel) orta səviyyədə bilməlidir
- Ünsiyyət qurmaq və komanda ilə işləmək bacarığı
- Müştəri məmnuniyyəti.
Bütün uyğun namizədlər “Əczaçı” mövzusu ilə [email protected] ünvanına öz CV-lərini göndərməyə dəvət edirik.
Sizin müraciətlərinizi gözləyirik!
С услугой Премиум ваше объявление будет отображаться на самых популярных позициях сайта и привлечет максимальное число пользователей.
Перейти к оплатеПоднимается в поиске и отображается на первых позициях, что позволяет пользователям быстрее найти ваше объявление.
Перейти к оплатеДля редактирования вакансии введите шестизначныый код объявления, который вы получили на почту при публикации
Для закрытия вакансии введите шестизначныый код объявления, который вы получили на почту при публикации