- Müəssisənin uzunmüddətli aktivlərinin, öhdəliklərinin siyahısına əsasən əmlak və öhdəliklərinin inventarizasiyasını təşkil etmək, keçirilən inventarizasiyanın nəticələrini əks etdirən sənədlərin təhlil olunmasını, öhdəliklərin mövcudluğu, vəziyyəti və qiymətləndirilməsi ilə bağlı nəticələri hazırlamaq
- Uzunmüddətli aktivlər üzrə hər ayın sonunda amortizasiyanın hesablanmasına nəzarət etmək, aidiyyəti olan məsul şəxslərin iştirakı ilə satılan, ləğv olunan, silinən və ya yerdəyişməsi olan sənədlərin (təhvil-təslim aktı, qaimə-faktura, yerdəyişmə, silinmə aktı və sair) təsdiqlənməsini icra etmək
- Şirkətin aylıq, rüblük və ya illik maliyyə hesabatlarının hazırlanması
- Hesabatların məzmununun yoxlanılması və yekun nəticələrin hazırlanması
- Şirkətin maliyyə performansının izlənilməsi və şirkətin strateji məqsədlərinə uyğun olub-olmadığının qiymətləndirilməsi
- Maliyyə hesabatları ilə bağlı məlumatların hazırlanması ilkin baxışa təqdim edilməsi
- Maliyyə analizi üçün statistik və digər məlumatların toplanması və analizi
- Maliyyə rəhbərinin, rəhbərliyin sorğularına əsasən maliyyə hesabatlarının analizi və müzakirəsi üzərində işləmək
- Müştərilərə, rəhbərliyə və müəssisənin digər bölmələrinə maliyyə məlumatların təqdim edilməsi
- Hesabatların hazırlanması və təqdim edilməsi prosesində maliyyə məlumatların düzgün və tam olmasının yoxlanılması və təmin edilməsi
- İşin aparılmasında maliyyə standartlarının tələblərinə uyğunluğun nəzarət edilməsi və maliyyə proseslərinin keyfiyyətinin təmin edilməsi
- Daxili hesabatların hazırlanması üçün lazım olan məlumatların toplanması, təhlili və qeydiyyatı
- Şirkətin illik büdcəsinin hazırlanması və təqdim edilməsi üçün işlərin görülməsi
- Büdcə ilə bağlı məlumatların hazırlanması ,illik, rüblük və aylıq büdcə göstəricilərin yoxlanılması, izlənilməsi və təhlil edilməsi, varsa problemlərin araşdırılması və aradan qaldırılması
- Büdcə planı ilə uyğun olaraq, təşkilatın maliyyə performansının izlənməsi və hesabatların hazırlanması
- Büdcə icrası prosesində maliyyə nəzarətinin təmin edilməsi, lazım olan hesabatların hazırlanması və büdcə təhlilinin aparılması
- Audit materiallarının hazırlanmasının koordinasiyası, maliyyə hesabatı, auditorların fəaliyyətinə nəzarət və onların təklif və iradlarının araşdırılması
- Şirkətin büdcəsinin və maliyyə proqnozlarının tərtibatının razılaşdırılması və dəyişikliklər və həmin dəyişikliklərin səbəbləri barədə hesabat verilməsi
- Artıq/əskik xərclərin, faktiki gəlir və xərclərin təhlilinə dəstək və müxtəlif statistik hesabatların hazırlanması
- Proqnozlaşdırılan maliyyə hesabatlarının hazırlanması və hesabatların təhlili
- Əmək haqqı 800-1200azn
- Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzuolunandır)
- Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi
- Pərakəndə satış sahəsində təcrübəsi üstünlükdür
- İFRS standartları üzrə beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara (ACCA və s.) ustünlük veriləcək
- Hesabatlılıq üzrə bilikər və təcrübə, ERP sisteminin qrulmasında təcrübə üstünlükdür
- Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli - Digər analitika proqram bacarıqları üstünlükdür
- Yüksək analitik qabiliyyət və problem həll etmə bacarığı;
- Güclü ünsiyyət bacarığı, strateji düşünmə bacarığı
- Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik
- Yüksək səviyyədə azərbaycan dili biliyi, digər dillər üstünlükdür
Müraciət etmək istəyən namizədlərdən öz CV-lərini mövzu yerində “Maliyyə üzrə mütəxəssis” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur
С услугой Премиум ваше объявление будет отображаться на самых популярных позициях сайта и привлечет максимальное число пользователей.
Перейти к оплатеПоднимается в поиске и отображается на первых позициях, что позволяет пользователям быстрее найти ваше объявление.
Перейти к оплатеДля редактирования вакансии введите шестизначныый код объявления, который вы получили на почту при публикации
Для закрытия вакансии введите шестизначныый код объявления, который вы получили на почту при публикации