Ad № 53980
Vəzifə öhdəlikləri:
- Yeni müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi
- Müştərilərlə ilkin danışıqların aparılması və kommersiya təkliflərinin hazırlanması
- Şirkətin xidmətlərinin telefon, təqdimat və əyani görüşlər vasitəsilə effektiv təqdim olunması
- Günlük zəng və görüş hesabatlarının hazırlanması
- Soyuq zənglər üçün məlumat bazasının qurulması və mütəmadi yenilənməsi
- Satış prosesləri və dinamikasının izlənməsi
- Müştəri ehtiyaclarının təhlili və tələbatlara uyğun təkliflərin hazırlanması
- Mövcud müştəri bazası ilə səmərəli əlaqələrin qorunması və inkişaf etdirilməsi
- Satış və digər aidiyyəti şöbələrlə koordinasiyalı və effektiv əməkdaşlıq
- Satışların gələcək dövrlər üzrə planlaşdırılması
Şərtlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00-dan – 18:00-dək
- Əməkhaqqı: Sınaq müddətində 1000 AZN (fix maaş) + bonus
Əlavə üstünlüklər:
- Premium plazada ofis
- Avtomobil üçün fərdi və ödənişsiz dayanacaq
- Rahat iş şəraiti və avadanlıqlarla təmin olunma
- Tibbi sığorta
- Pozitiv və dinamik kollektiv.
Digital Classifieds MMC şirkətinin fəaliyyəti milyonlarla ziyarətçisi olan 4 məhsulun işlənib hazırlanmasına,
dəstəklənməsinə və inkişafına yönəlib.
Bunlar avtomobillərin, daşınmaz əmlakın və istənilən digər məhsulların alqı-satqısı, habelə yerli bazarda məşğulluq üçün nəzərdə tutulmuş istifadəçi platformalarıdır: turbo.az, bina.az, tap.az və boss.az.
Biz Bakı şəhərində iş üçün B2B Satış Meneceri vəzifəsinə vakansiya elan edirik. Tələb və şərtlər aşağıdakılardır:
- Ali təhsil (marketinq və biznes sahəsində olması üstünlükdür)
- Bənzər sahədə minimum 2 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst danışıq (ingilis dili biliyi üstünlükdür)
- Kommersiya təklifləri hazırlamaq bacarığı
- Məsuliyyətli, punktual və yaradıcı düşüncə tərzinə malik olmaq
- Prioritetləri düzgün müəyyənləşdirə bilmək və tapşırıqları vaxtında icra etmək
- Effektiv satış, peşəkar danışıqlar və işgüzar yazışma bacarığı
- Ofis proqramlarında və axtarış sistemlərində sərbəst işləmək bacarığı
- Reklam agentliyi və ya orta/böyük şirkətlərin satış və marketinq şöbəsində təcrübə (üstünlükdür)
- Rəqəmsal reklam sahəsində iş təcrübəsi (üstünlükdür).
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini 18 may 2025 tarixinə qədər [email protected] e-poçt ünvanına, mövzu hissəsində “B2B Sales Manager” qeyd etməklə göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar.
With Premium service, your ad will appear on the most popular positions of the site and attract the maximum number of users.
Go to the paymentRises in the search and displays in the first positions, which allows users to quickly find your ad.
Go to the paymentFor editing, enter the six-digit code that you received in the mail when you publish vacancy
For closing, enter the six-digit code that you received in the mail when you publish vacancy