Ad № 53859
- "Travelway Azerbaijan" Turizm şirkətinə ingilis və rus dillərinin hər ikisini yüksək səviyyədə bilən bələdçilər tələb olunur.
- Çox xahiş edirəm hər iki dili (Rus və İngilis) upper-intermediate və daha yükək səviyyədə bilən şəxslər müraciyyət etsinlər.
- Turistlərə ətraflı formada gedəcəyi yerlər haqqında məlumat vermək, qonaqların suallarını cavablandırmaq və qonaqlara digər turizm məhsulları barəsində məlumat vermək lazım olacaqdır.
- İş yeri şəhərin mərkəzində, İçərişəhər ərazisindədir. İstedadlı namizədlərin zamanla direktor vəzifəsi daxil bütün vəzifələrə yüksəlmə şansı mövcuddur. Namizədin bacarığından asılı olaraq aylıq əlavə bonus və müştərilərdən bəxşiş (çayavoy) almaq şansı var.
- İş öyrədilir
- Həftədə 1 gün istirahət günü
- İş qrafiki 10:00-dan 20:00-dək
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq dəyişkəndir. (700-1000 azn)
- Bəy bələdçilər.
- Rus və ingilis dillərinin hər ikisini səlist bilmək (ispan, ərəb, - - yəhudi və hind dillərini yüksək səviyyədə bilmək əlavə üstünlükdür)
- B və ya BC kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək bacarığı.
- Səlis danışıq və Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məsuliyyətli və diqqətli olmaq.
- Mühitə tez uyğunlaşmaq, komandada işləmə qabiliyyətinə malik olmaq.
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Bakı və regionlara gündəlik turist səfərlərində iştirak etmək.
- Kollektivlə işləmək bacarığı, məsuliyyətli və operativlik;
- Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək.
Qeyd edilən tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini mövzu (subject) hissəsinə “Bələdçi" yazaraq [email protected] göndərmələri xahiş olunur. Şəkilsiz cv lərə baxılmayacaq, telefonda məlumat verilmir, qeyri-ciddi şəxslər narahat etməsin.
With Premium service, your ad will appear on the most popular positions of the site and attract the maximum number of users.
Go to the paymentRises in the search and displays in the first positions, which allows users to quickly find your ad.
Go to the paymentFor editing, enter the six-digit code that you received in the mail when you publish vacancy
For closing, enter the six-digit code that you received in the mail when you publish vacancy