Ad № 52369
Sizi komandamıza dəvət edirik!
Əgər sosial media kanallarını idarə etməkdən zövq alırsınızsa, kreativ məzmun yaratmaqda bacarıqlısınızsa və SEO biliklərinizlə auditoriyanı cəlb edə bilirsinizsə, o zaman bu vakansiya tam sizə uyğundur!
Vəzifə öhdəlikləri:
- Şirkətin və müştəri şirkətlərinin sosial media kanallarının (Instagram, Facebook, LinkedIn, TikTok və YouTube) effektiv idarə olunması
- Aylıq post planlarının hazırlanması və sosial media paylaşımlarının həyata keçirilməsi.
- Auditoriyaya uyğun cəlbedici və kreativ kontent strategiyalarının hazırlanması.
- Reels və sosial media postları üçün yaradıcı brieflərin hazırlanması.
- Veb sayt və sosial media üçün unikal və hədəfli məzmun yaradılması.
- Blog yazılarının hazırlanması, redaktəsi və keyfiyyətinin artırılması.
- Sosial mediada yeni trendləri izləmək və uyğunlaşmaq üçün təkliflər irəli sürmək.
Nə təklif edirik?
- Rəqabətə davamlı əmək haqqı: 800-1400 AZN (bilik və təcrübənizə əsasən)
- Flexible iş saatları: həftə içi 5 iş günü, hər gün 1 saat nahar fasiləsi
- Rahat və dəstəkləyici iş mühiti
- Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri
- Rəsmi əmək müqaviləsi ilə işə qəbul
- İş yeri: Sport Plaza, ERAsoft MMC.
- Minimum 2 il iş təcrübəsi (Copywriter və ya SMM sahəsində)
- Azərbaycan dilində mükəmməl yazı bacarığı və güclü ifadə qabiliyyəti
- Kreativ düşüncə və detallara diqqət.
- Marketinq məqsədlərinə uyğun məzmun və kontent strategiyası hazırlamaq bacarığı.
- Task management tətbiqlərindən (Asana, Trello və ya oxşar alətlər) istifadə bacarığı.
- Canva və ya CapCut proqramlarında işləmək təcrübəsi (üstünlük verilir)
- Rus dilini bilmək üstünlükdür
- SEO və SEM əsaslarını bilmək böyük üstünlükdür
- Komanda ilə əməkdaşlıq etməyi və yenilikçi ideyalar təklif etməyi bacarmaq.
Necə müraciət etmək olar?
Zəhmət olmasa, CV və portfolionuzu [email protected] ünvanına göndərin. E-poçt mövzu hissəsində “Sosial media mütəxəssisi” qeyd etməyi unutmayın.
With Premium service, your ad will appear on the most popular positions of the site and attract the maximum number of users.
Go to the paymentRises in the search and displays in the first positions, which allows users to quickly find your ad.
Go to the paymentFor editing, enter the six-digit code that you received in the mail when you publish vacancy
For closing, enter the six-digit code that you received in the mail when you publish vacancy