Jurnalist – təcrübə proqramı (onlayn xəbər portalında)
Biz kimi axtarırıq?
- Biz yeni təcrübəyə və biliyə qarşı ac olan, praktiki bacarıqları olan insanlar axtarırıq. Stereotiplərlə düşünməyən, sərhədləri aşmağa hazır olan, risk etməkdən çəkinməyən, dəlicəsinə məqsədyönlü olanları axtarırıq! Əgər siz bütün gün yeni məlumatları öyrənməyə hazırsınızsa, texnologiya və texniki tərəqqi ilə maraqlanırsınızsa, müasir qadcetləri və proqram təminatını başa düşürsünüzsə, bizə uyğun ola bilərsiniz.
İş barədə məlumat (vəzifə öhdəlikləri ) :
- Dil və durğu işarələrindən düzgün istifadəyə diqqət yetirməklə məqalələri, təhlillər və müsahibələri hazırlamaq (yaratmaq), redaktə etmək və dərc etmək.
- Xəbərlərin anatilitk təhlilləri və proqnozları hazırlamaq (yaratmaq), redaktə etmək və dərc etmək.
- Cari xəbərlərin və tendensiyaların izlənilməsi, əhatə olunacaq mövzuların müəyyən etmək.
- “Lider” şəxslərlə müsahibələrin aparmaq, hazırlamaq (yaratmaq), redaktə etmək və dərc etmək.
- Onlayn platformalarda – aparıcı qismində çıxış etmək və xəbər video çarxların çəkilişlərdə iştirak etmək.
- Məsafədən iş (remote)
- İş qrafiki: sərbəst (aylıq KPİ əsasında təmzimlənir)
- Lazım olan avadanlıq və program təminatı şirkət tərəfindən təqdim olunur
- Qabaqcıl (süni intelekt) texnologiyalar üzərində işləyən Azərbaycanın ilk xəbər portallarından biri.
- Azərbaycan bazarı üçün unikal yanaşmalar və mexanizmlər.
- Startap və innovasiya mühiti.
- Bizim təcrübə proqramına qatılaraq – siz:
- Rəsmi əmək staji (əmək müqaviləsi əsasında);
- Rəsmi jurnalist təcrübəsi
- Digər işəgötürənlər üçün tövsiyyə məktubu və CV-üçün qeyd
- Gələcəkdə bizdə daimi jurnalist vəzifəsi
- Mediada tanınmış ad və sima kimi özəlikləri əldə edə bilərsiniz.
- Jurnalistika, kommunikasiya və ya əlaqəli sahələr üzrə ali təhsilin olması arzuolunandır, lakin önəmli olan diplom deyil, praktiki bilik və bacarıqlardır, ona görə də tələbə namizədləri də, nəzərə alınır
- Redaktor və ya jurnalist kimi təcrübə arzuolunandır, lakin tələb olunmur, bizə stereotipsiz və yaradıcılıq qabiliyyəti olan namizədlər lazımdır
- Əla yazı və şifahi ünsiyyət bacarıqları vacibdir
- Daimi işləmək və 24/7 multitasking bacarıqlı biri lazımdır
- Yüksək kompüter və texnoloji savadlılığı tələb olunur
- Məzmunu dərc etmək üçün müasir media alətləri və platformaları haqqında biliklər və bacarıqlar lazımdır
- Məlumatı təhlil etmək və şərh etmək bacarığı, detallara diqqət mütləqdir
- Köhnə məzmun üçün yeni mövzu və formatların tapılmasında yaradıcılıq və təşəbbüskarlıq vacibdir
- SEO və SMM ilə bağlı bilik və/yaxud təcrübə arzuolunandır
- Müxtəlif üslub və janrları nəzərə alaraq mətnləri yazmaq və redaktə etmək, həmçinin materialı hədəf auditoriyaya uyğunlaşdırmaq bacarığı vacibdir
- Dil bilikləri: azərbaycan dilinin qaydalarını, o cümlədən qrammatika, orfoqrafiya və durğu işarələrini mükəmməl bilmək mütləqdir
- Bəsit ingilis dili biliyi tələb olunur
- Rus dili biliyi arzu olunandır.
CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Jurnalist təcrübə proqramı” yazaraq göndərin. Uyğun namizədlər 3 seçim mərhələsindən keçəcəklər: bilik və bacarıqların yoxlanılması, motivasiya və kreativliyin yoxlanılması, şəxsi müsahibə.
With Premium service, your ad will appear on the most popular positions of the site and attract the maximum number of users.
Go to the paymentRises in the search and displays in the first positions, which allows users to quickly find your ad.
Go to the paymentFor editing, enter the six-digit code that you received in the mail when you publish vacancy
For closing, enter the six-digit code that you received in the mail when you publish vacancy