Sinteks Şirkətlər qrupuna hal-hazırda E-ticarət üzrə satış operatoru tələb olunur
Vəzifənin rolu:
- Bu vəzifənin rolu satışları artırmaq, onlayn satış üzrə sifarişləri vaxtlı-vaxtında qəbul etmək və hazırlamaqdır
Vəzifə öhdəlikləri:
- Sifarişləri e-ticarət bazasında qeydə almaq, çatdırılma və digər əlaqədar məlumatları dəqiqləşdirir
- Müştərilərin əlavə tələbatlarını müəyyən edir
- Sistemdəki sifarişləri icra edir və müvafiq olaraq gündəlik hesabat hazırlayır
- Saytdan sifarişləri qəbul etmək və onların yığılması, qablaşdırılması və sürücülərə/kuryerlərə ötürülməsi prosesini təşkil edir
- Paket kuryer tərəfindən müştərilərə çatdırılanadək onların sifarişlərinin icrasına nəzarət edir
- Qaytarılan malı və onun qəbzini həmin malın alındığı vəziyyətdə müvafiq şöbəyə təhvil verir
- Şöbələrdən qüsurlu mallar haqqında məlumat toplayır və onların onlayn mağazadan çıxarılmasını təmin edir
- Kuryerlərdən ödənişləri toplayır və onları gün sonunadək baş kassirə təhvil verir
- Şirkət tərəfindən hazırlanmış aylıq satış planını icra edir
- Şöbə daxilində işləyərkən şirkətin peşəkar satış üsullarını öyrənir və onlardan səmərəli istifadə edir
- Satış prosesində şirkətin standartlarına və təlimatlarına uyğun xidmət göstərir
- İş prosesində şirkətin peşəkar satış texnikalarından səmərəli istifadə edir
- Müştəriyə əlavə mal satmağın nə demək olduğunu, "dəst" satış anlayışını tətbiq edir və həyata keçirir
- İş qrafikinə və şirkətin nizam-intizam qaydalarına riayət edir
Təhsil:
- Bakalavr diplomu olanlara üstünlük verilir
Təcrübə:
- Pərakəndə satış sahəsində minimum 1 il təcrübə
Professional biliklər:
- Mağazalarda olan brend və məhsullar haqqında məlumatlılıq
- Rus dili yüksək səviyyədə
- MS Office proqramları
Professional bacarıqlar və kompetensiyalar:
- Danışıq bacarıqları
- Problem həlletmə bacarıqları
- Təşkilati bacarıqlar
- Nəticə yönümlülük
- Vaxtın idarə edilməsi
- Stresə dözümlülük
- Aktiv dinləmə
- Adaptasiya
With Premium service, your ad will appear on the most popular positions of the site and attract the maximum number of users.
Go to the paymentRises in the search and displays in the first positions, which allows users to quickly find your ad.
Go to the paymentFor editing, enter the six-digit code that you received in the mail when you publish vacancy
For closing, enter the six-digit code that you received in the mail when you publish vacancy