Ad № 44411
Vəzifə öhdəlikləri:
- Layihə üzrə verilmiş memarlıq və konstruktiv sxemlər əsasında layihənin bütün mərhələlərinin detallı şəkildə smetasının hazırlanması
- Layihəyə əsasən iş həcmlərinin çıxarılması
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədlərin, təklif və razılaşma qiymətlərinin analiz edilməsi
- Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsinin təmin edilməsi
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması
- Smeta sənədlərinin uçotunun aparılması və smeta-maliyyə hesablamalarının sistemləşdirilməsi
- Tender sənədlərinin hazırlanması
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərinin yoxlanılması və bu barədə arayışın tərtib edilməsi
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatların hazırlanması
İş şəraiti:
- Əmək haqqı: namizədin bilik və bacarığına uyğun müsahibə əsasında müəyyən ediləcəkdir
- Nahar şirkət tərəfindən verilir
İş qrafiki:
- Həftə içi 5 iş günü saat 09:00-dan - 18:00-dək
- Ali təhsil (müvafiq sahə (Mühəndis / memarlıq ixtisası) üzrə),
- Planlama mühəndisi vəzifəsində inşaat sektorunda ən azı 3 il təcrübə,
- Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlar haqqında biliklər,
- Qüvvədə olan müvafiq smeta hesablama qaydaları, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsalları haqqında biliklər
- Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydaları haqqında biliklər
- Azərbaycan dili (əla)
- Kompüter bilikləri: Archicad və AutoCAD üzrə biliklər
Bacarıqlar:
- Güclü analitik düşünmə bacarığı
- Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz etmə bacarığı
- Layihələrin plan-smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirmək
- Layihədə olan uyğunsuzluqların müəyyən etmək və müvafiq həlli yollarının müəyyən edilməsi
- Smeta ilə layihə arasında olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmləri hesablayaraq tərtib etmək
- İşin yerinə yetirilməsində risklərin qiymətləndirilməsi və təhlükəsiz iş metodu təşkil edilməsi
- Maddi məsul şəxs olaraq material, avadanlıq, invertar, maşın-mexanizmin qənaətli sərfiyatının təşkil edilməsi
- Layihəyə dair aylıq texniki hesabatların (forma 2, forma 3, xərc analizi) yoxlanılması
- Yerinə yetirilən işlərin, sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s.
keyfiyyətini müəyyən etmək üçün Keyfiyyət Nəzarət işinin təşkil edilməsi
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək bacarığı
- Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsini monitorinq etmək bacarığı
Maraqlanan şəxslərdən CV-lərini vəzifə adı göstərilməklə ([email protected]) e-mail ünvanına göndərmələri xahiş olunur
With Premium service, your ad will appear on the most popular positions of the site and attract the maximum number of users.
Go to the paymentRises in the search and displays in the first positions, which allows users to quickly find your ad.
Go to the paymentFor editing, enter the six-digit code that you received in the mail when you publish vacancy
For closing, enter the six-digit code that you received in the mail when you publish vacancy