Elan № 53646
- Şirkətin uğurlu inkişafı üçün maliyyə siyasətini qurub həyata keçirmək, şirkət üçün uzunmüddətli inkişaf strategiyasını hazırlamaq;
- Şirkətin maliyyə hesabatlarının rəhbərliyə təqdim olunması
- Şirkətin maliyyə aktivlərini idarə etmək, illik büdcəni planlaşdırılmaq və xərclərə nəzarət etmək;
- Şirkətdə maliyyə durumunu təhlil etmək, proqnozlar vermək və bu prosesə uyğun şirkətin maliyyə strategiyasını qurmaq və maliyyə fəaliyyətini idarə etmək;
- Şirkətin strategiyasına uyğun pul hərəkətləri və maliyyə-mühasibatlıq üzrə aparılan proseslərə nəzarət etmək;
- Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları və departament daxilində aparılan hər növ əməliyyat və sənədləşmə işlərinə nəzarət etmək;
- Audit, mühasibatlıq və maliyyə-mühasibatlıq sahəsində aparılan digər hesabatları analiz etmək;
- Şirkətin maliyyə vəziyyəti barədə daima məlumatlı olmaq və problemlərin qarşısını almaq üçün fəaliyyət göstərmək;
- Maliyyə resurslarından qənaətli istifadə olunmasına nəzarət etmək və maliyyə ilə bağlı riskləri idarə etmək;
- Maliyyə və kassa intizamına ciddi riayət edilməsinə nəzarət yetirmək, mövcud olan riskləri araşdırıb aradan qaldırmaq;
- Əməliyyat risklərinin dəyərləndirilməsi, şirkət xərclərinin optimallaşdırılması, pul vəsaitləri və mal-material qiymətlilərinə nəzarət və uçotundakı çatışmazlıqların aşkarlanması istiqamətdə əsaslı tədbirlər həyata keçirmək;
- Daxil olmuş pul vəsaitlərinin, əmtəə-maya dəyərlərinin, əsas və dövriyyə vəsaitlərinin uçotunu təmin etmək, mühasibat uçotu hesabatında onların hərəkətini vaxtlı-vaxtında qeyd etmək
- Dövlət, regional və yerli büdcələrə vaxtlı-vaxtında ödəmələri, sosial sığorta ödəmələri, kapital qoyuluşunun
maliyyələşdirilməsinə qoyulmuş vəsaiti hesablamaq və köçürmək.
- Nəzarət-təftiş və vergi xidmətlərinin tələblərinə əsasən, vacib mühasibat sənədlərini və registrləri təqdim etmək, onların iş prosesində meydana çıxmış suallarına müvafiq arayış və izahatlar vermək.
- Məhsulun və xidmətlərin maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək,müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasında iştirak etmək.
- Məhsulun istehlakçıları ilə və müəssisə xidmətlərinə görə haqq-hesab aparmaq, realizə edilmiş məhsula görə daxil olmuş pul vəsaitləri üzərində nəzarəti həyata keçirmək.
- Çatışmamazlıqların, debitor borcların və s. itkillərin mühasibat balansından silinməsinin qanuniliyinə nəzarət etmək.
- Maliyyə, Mühasibatlıq və ya müvafiq sahədə bakalavr dərəcəsi (Magistr/MBA-ya üstünlük verilir);
- Maliyyə əsasları (BMHS və s.) və vergi qanunvericiliyi üzrə biliklər;
- Peşəkar mühasibat ixtisası üzrə sertifikatların (PMS, ACCA, CIMA və s.) olması arzu olunandır;
- Maliyyə sahəsində minimum 5 il və rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Kənd təssərüfatı sahəsinin dinamikası, tendensiyaları və çətinlikləri haqqında anlayışlar;
- Strateji maliyyə planlaşdırması, büdcə və proqnozlaşdırma sahəsində təcrübə;
- 1C Maliyyə proqramları və ERP sistemləri üzrə əsaslı biliklər;
- Analitik təhlil,strateji düşünmə,statistik və riyazi biliklər;
- 30-50 yaş həddi;
- Stresədavamlı, tələbkar, məsuliyyətli;
- Müstəqil qərar vermə, idarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı.
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin