Satış strategiyasının hazırlanması:
- Şirkətin məqsəd və hədəflərinə uyğun satış strategiyalarını hazırlamaq və həyata keçirmək.
- B2B satış bazarının təhlilini aparmaq və hədəf müştəriləri müəyyən etmək.
- Satışın artırılması məqsədilə müvafiq bazar və rəqabət analizlərini aparmaq.
Müştəri əlaqələri və müştəri cəlb edilməsi:
- Potensial B2B müştəriləri müəyyən etmək və onlarla əlaqə qurmaq.
- Yeni müştərilər cəlb etmək üçün satışa yönəlik müxtəlif kanallar istifadə etmək (telefon zəngləri, e-maillər, şəbəkə tədbirləri və s.).
- Müştərilərlə möhkəm əlaqələr qurmaq, müştəri məmnuniyyətini və loyallığını təmin etmək.
Satış təkliflərinin hazırlanması:
- Müştərilərə uyğun satış təkliflərini hazırlamaq, onları məhsul və xidmətlərlə bağlı məlumatlandırmaq.
- Müştərilərin ehtiyaclarına uyğun həllər təqdim etmək və müştəri sorğularına cavab vermək.
- Təkliflərin və müqavilələrin hazırlanmasında iştirak etmək və rəhbərliyə təqdim etmək.
Satışın idarə edilməsi və hədəflərə çatmaq:
- Satış hədəfləri və KPI-lərini müəyyən etmək, bunlara çatmaq üçün fəaliyyət planları hazırlamaq.
- Müştərilərlə müqavilə bağlamaq və satış prosesini izləmək.
- Satış prosesində yaranan problemləri həll etmək və satış fəaliyyətini optimize etmək.
Satışın nəticələrini izləmək və hesabat verilməsi:
- Satış nəticələrini davamlı olaraq izləmək və təhlil etmək.
- Satış fəaliyyətinə dair müvafiq hesabatları rəhbərliyə təqdim etmək.
- Satış göstəricilərini (gəlir, xərclər, müştəri bazası və s.) nəzərdən keçirərək təkmilləşdirilməsi üçün təkliflər vermək.
Müştəri əlaqələrinin idarə edilməsi və müştəri dəstəyi:
- Mövcud müştərilərlə davamlı əlaqə saxlamaq, onların ehtiyaclarını dinləmək və cavab vermək.
- Müştəri şikayət və təkliflərinə müsbət yanaşaraq yüksək səviyyədə xidmət təmin etmək.
- Müştəri məmnuniyyətini artırmaq və müştəri bazasını genişləndirmək.
- Komanda ilə sıx əməkdaşlıq edərək ümumi satış məqsədlərinə çatmaq.
Tədbirlər və şəbəkə qurma:
- Şirkətin təqdim etdiyi məhsul və xidmətləri tanıtmaq məqsədilə sərgilər, konferanslar, şəbəkə qurma tədbirləri və digər fəaliyyətlərdə iştirak etmək.
- B2B bazarında güclü əlaqələr qurmaq və şirkətin brendini tanıtmaq.
- Dil biliyi : ingilis dili yazılı və şifahi ( yüksək səviyyədə)
- İş tələblərinə uyğun olaraq müxtəlif şəhər və bölgələrə səyahət etməyə hazır olmaq.
- İT - üzrə biliklərinin olması arzu olunandır.
- Xarici bazarlarda təcrübə və ya beynəlxalq müştərilərlə işləmək bacarığı.
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin