Elan № 50887
Vəzifə və Öhdəlikləri:
- İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarətin təmin edilməsi
- İş yerində baş vermiş iş qəzaları , xəsarətlərin səbəblərinin analizı və qarşısının alınması üçün tədbirlərin hazırlanması və onların həyata keçirilməsinin təşkili
- Təhlükələrin müəyyən edilməsi və düzəldici tədbirlərin görülməsi üçün SƏTƏM auditlərinə, risk qiymətləndirmələrinə və insident araşdırmalarında iştirak edilməsi
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanması
- Təlimat jurnallarının imzalanmasına nəzarət edilməsi
- Tibbi vasitələrin istifadəsi üzrə hesabatların hazırlanması
- İşə qəbul olunan yeni işçilərə , o cümlədən dövrü olaraq mövcud işçilərə əməyin mühafizəsi, texniki təhlükəsizliklə bağlı giriş təlimatının, təkrar, plandan kənar və cari təlimatların keçirilməsi
- İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edilməsi
- İşçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər vasitələrinin standartlara və sahə normalarına uyğun olmasına və bu vasitələrdən istifadəsinə nəzarət edilməsi.
İş şəraiti:
- Şirkət ünvanı: Badamdar qəsəbəsi
- Əmək haqqı: 800-1000 azn (bilik və təcrübəyə əsasən təyin olunacaq)
- İş qrafiki: tam iş həftəsi (5 iş günü)
- İş saatları: 08:00-dan - 17:00-dək
- İstirahət günləri: şənbə / bazar günləri
- Nahar şirkət tərəfindən verilir
- Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə)
- Dil bilikləri:azərbaycan dili. Xarici dil biliyi arzuolunandır.
- Komputer bilikləri (Microsoft office, Excel, Word, PowerPoint, outlook)
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti.
Müraciət forması:
Qeyd olunan tələblərə cavab verən namizədlər [email protected] e-mail ünvanına “Sətəm üzrə mütəxəssis” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin