Elan № 45047
- Kommersiya departamentiə daxil olan sənədlərin qəbulunu, rəsmiləşdirilməsini və rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək
- Kommersiya departamentinin bütün struktur bölmələrində vahid kargüzarlıq sisteminin təşkil olunmasını təmin etmək və bu işin təşkili sahəsində onlara zəruri köməklik göstərmək
- Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək
- İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda işçilərə köməklik göstərmək
- Qonaqları qarşılamaq, telefon zənglərinə cavab vermək və aidiyyəti üzrə yönləndirmək, təşkilatın rəsmi yazışması, məktublaşmanı idarə etmək
- Görüşlərin təşkili, təsdiqi və keçirilməsini təmin etmək
- Sənədləri, hesabatları, təqdimatları hazırlamaq və təqdim etmək
- Daxil olan məktubları və sənədləri qeydiyyata salıb, işçilərə çatdırılmasını təmin etmək
- Göndərilən məktubları və sənədləri lazımi qaydada hazırlayıb qeydiyyata salıb, müəyyən ünvana çatdırılmasını təmin etmək
- İclasların təşkili, zəruri olduqda stenoqrammasının aparılması
- Şöbələrdən digər idarə və təşkilatlara ünvanlanan sənədlərin göndərilməsini təşkil etmək
- Bunun üçün sürücü və ya poçt xidməti şirkəti ilə əlaqə saxlamaq və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək
- Şirkət işçilərinin hər hansı idarə və təşkilatlara getməsi üçün nəqliyyatı təşkil etmək
- Təyin edilmiş digər vəzifələri yerinə yetirir
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar günləri
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: müsahibə əsnasında müəyyən olunacaqdır
- Ali təhsil
- Müvafiq sahədə 1-2 il iş təcrübəsi
- Yazılı və şifahi ünsiyyət bacarıqları, komandada işləmə qabiliyyəti, detallara diqqət, təşkilatçılıq bacarığı
- MS office, kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər, 1C biliyi üstünlükdür
- Azərbaycan dili əla, rus və ingilis dilləri üstünlükdür
Vakansiyaya müraciət üçün CV-ləri “Kargüzar” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin