Elan № 44652
- "Aqualink MMC" şirkəti ölkəmizdə 10 ildən artıqdır ki, su sistemləri və kimyəvi maddələrin təchizatı sahəsində fəaliyyət göstərir
- Fəaliyyət sahəmiz məişətdə, sənayedə, səhiyyədə və s. sahələrdə su təmizliyini, tullantı su sistemlərinin hazırlanmasını, su təmizləyici qurğuların quraşdırılmasını, montajını və servisini, o cümlədən geniş çeşidli kimyəvi maddələrimizin satışını həyata keçirməkdir
- Şirkətimiz Almaniyanın, İtaliyanın, Danimarka, Türkiyə və İsveçrənin bir sıra şirkətlərinin Azərbaycan nümayəndəliyini həyata keçirir
- Saytımızda (aqualink.az) referanslar bölməsində əməkdaşlıq etdiyimiz şirkətlərin bir qismi ilə tanış ola bilərsiniz
- "Aqualink" MMC xidmət imkanlarını təkmilləşdirmək üçün üçün “Su sistemləri üzrə mexanika mühəndisi” vakansiyasını elan edir
- Ən yaxşı iş mühiti və şirkətin daxilində inkişaf etmək imkanı verən müasir və ixtisaslaşmış şirkətə qoşulacaqsınız
- Əsas vəzifələr korporativ müştərilərə texniki dəstək vermək bacarığı ilə sistemlərdə problemlərin aradan qaldırılması
İş rejimi:
- Həftə içi saat 09:00-dan - 18:00-dək
- Əmək haqqı - razılaşma ilə
- Ali təhsil- (bakalavr və ya magistr dərəcəsi)
- Peşəkar fəaliyyət üzrə təcrübə (1 ildən çox)
- Qazanxana və istilik sistemlərindən anlayış
- Çilər, soyutma və santexnika sistemlərindən işləmə təcrübəsi
- Avtomatik və elektron sistemlə işləyən avadanlıqlarla işləmə təcrübəsi
- Müvafiq sahə üzrə idarəetmə təcrübəsi (kollektivin idarəedilməsi)
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
- Qavrama və öyrənmə bacarığı yüksək olan
- Səlis danışıq qabiliyyəti
- Dəqiqlik, səbirlilik
- Xarici dil bilikləri (arzu olunandır)
- "Su təchizatı, su və çirkab su sistemləri" sahələri üzrə təcrübə
- Məqsədyönlü və işinə məsuliyyətli yanaşan
- Kollektivlə işləmə bacarığı olmalıdır
- Ezamiyyətə gedə biləcək namizədlərə üstünlük veriləcəkdir
- Sürücülük vəsiqəsi mütləqdir, şəxsi nəqliyyat vasitəsi olanlara üstünlük veriləcəkdir
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin