Elan № 44350
Əmək funksiyası:
- Paulaner Brewery Baku Restoranın, yemək sahəsinin, funksional hazırlığını tamamlamaq və xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək
- Müştəriləri salamlamaq və yeməkdən əvvəlki xidmətləri göstərmək
- Müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək
- Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək
- İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək
- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək
- Menyu seçiminə uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək
- Xidmət və yeməyin çatdırılma prosesini müşahidə etməklə müştəri ilə minimum təmas şəraitində xidmət prosesinin münasib vaxtında ərzaq, içki və qabları masaya vermək və təmizləmək
- Müştərinin məmnunluğunu təmin etmək
- Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək
- Müştərilərdə təkrar geri qayıtmağa həvəs oyatmaq məqsədilə onları nəzakətli şəkildə yola salmaq;
- Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, bar işçiləri və digər ofisiantlar ilə ünsiyyət qurmaq
- Mətbəx ilə yemək otağı arasında xidmətin effektiv şəkildə aparılmasını təmin etmək üçün aşpaz ilə xidmət işçiləri arasında müvafiq əlaqələr yaratmaq
Vəzifə üzrə təminatlar:
- Dünyanın məşhur alman brendində iş imkanı
- “PMD Hospitality” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı
- Təlim və inkişaf proqramlarında iştirak imkanları
- Gündəlik qidalanma
- Qrafik: növbə üzrə, həftədə 6 günlük iş həftəsi
- Müvafiq iş təcrübəsi
- Qonaqpərvərlik və yemək xidməti protokollarını bilməsi
- Satış etmə bacarığı
- Dil bilikləri: azərbaycan dili – sərbəst; rus və ya ingilis dili – yaxşı
- Kompüter bilikləri: Micros
Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) [email protected] elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 20.04.2024-cü il tarixinədək göndərə bilərlər
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin