Elan № 44347
- Nyukond şirkəti HVAC (isitmə, soyutma və havalandırma) sahəsi üzrə fəaliyyət göstərir
- Şirkətin əsas iş fəaliyyətini Mitsubishi Electric, AUX və Hann brendlərinin istehsalı olan kondisioner sistemləri üzrə avadanlıqların idxalı, satışı, quraşdırılması və servis xidmətləri təşkil edir
- Kommersiya təkliflərinin təqdim olunması zamanı bazar araşdırılması edərək rəqiblərin qiymət siyasətlərini təqib etməli, müxtəlif materialların və işlərin qiymətləndirilməsi zamanı yerli və xarici təchizatçılarla biznes əlaqələri yaradıb təkliflərin qiymətləndirliməsini yerinə yetirməlidir
- İş, ofis daxilində, müxtəlif tenderlər, satınalmalar və sorğular üçün şirkət tərəfindən təqdim olunacaq kommersiya təkliflərinin hazırlanmasından, lazım gələrsə sifarişçilərlə görüşlərin təşkilindən ibarət olacaq
- Əmək haqqı rəsmi şəkildə, karta ödənilmək şərtilə 1200-1500 AZN təşkil edəcək
- İş qrafiki həftənin 5 iş günü, saat 09:00-dan – 18:00-dək aralığında olacaq
- Şənbə, bazar və bayram günləri iş günü olmayacaq
Nyukond şirkətinə ofis meneceri vakansiyası üzrə işçi tələb olunur
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi ilə yanaşı müqavilələri və digər sənədləri tərtib etməyi bacarmalıdır
HVAC ( isitmə, soyutma və havalandırma ) sistemlərində istifadə olunacaq avadanlıq və materiallar haqqında dərin, peşəkar bilik və məlumatlara sahib olmaqla yanaşı 3 illik iş təcrübəsi olmalıdır
- Exel, Word, 1C proqramlarında səlis işləməyi bacarmalı, texniki biliklərə sahib olmalıdır
- AutoCad proqramını başlanğıc səviyyədə bilməli
- Sifarişçilər tərəfindən göndərilmiş layihə sənədlərindən anlayışı olmalı və şirkətin mühəndisləri ilə təmasda olmalıdır
- Ali təhsilli, məsuliyyətli, işə davamiyyətli, nizam-intizam qaydalarına riayət edən, azərbaycan dilində səlis danışa və yaza bilən, kollektivlə işləmək bacarığı olan xanım namizədlərə üstünlük veriləcək
- Rus və ingilis dillərində bilikləri olan namizədlərə də xüsusi üstünlük veriləcək
- 25-40 yaş həddində olmalıdır
CV lər [email protected] emaillərinə göndərilməlidir
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin