Elan № 50574
Vəzifə öhdəlikləri:
- Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunun qurulması
- Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması
- 1C (8.3) mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrün bağlanılması
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması
- Əmək haqqı, məzuniyyət haqlarının hesablanması
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və uçotunun həyata keçirilməsinə nəzarət etmək
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi
İş şəraiti:
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Əmək haqqı: 1000-1500 AZN
- İş günləri: həftə içi 5 gün, 09:00-dan -18:00-dək
- Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat sahəsi üzrə)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- MS Office proqramlara dair biliyi (Xüsusilə MS Excel)
- 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
- Azərbaycan və rus dili səlist, ingilis dili orta
- Yaş 22-40
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Aparıcı Mühasib” qeyd edərək, öz CV-lərini mail ünvanına göndərə bilərlər;
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin